Müxtəlif növ nəqliyyat vasitələri, həmçinin kompressor, generator kimi avadanlıqların təmiri ilə bağlı korporativ müştərilər, dilerlər və ticarət şəbəkələri üçün təklifimiz:
“EİS” – Euro İnjection Service şirkəti texniki problemlərin həllində təşkilatlara operativ köməklik göstərmək məqsədilə korporativ müştəriləri əməkdaşlığa dəvət edir.
Uzunmüddətli təcrübəmizlə biz müxtəlif nəqliyyat vasitələrinin diaqnostikasını, yüksək keyfiyyətli xidmətini və təmirini təklif etməyə hazırıq. Nəqliyyat vasitələrinizə uzunmüddətli texniki xidmət göstərmək üçün müqavilə bağlayaraq nasazlıqların təyini, təmiri, sıradan çıxmış ehtiyat hissələrinin bərpası, həmçinin yeni hissələrlə əvəz edilməsi məsələlərində narahat olmayacaq və ən əsası aparılan təmirin yüksək keyfiyyətindən əmin olacaqsınız.
Bu əminliyin səbəbi nədir?!
Sirr deyil ki, yalnız uzunmüddətli tərəfdaşlıq müqavilələri şirkətlərin sabit və dinamik inkişafını təmin edir. Biz sizin etimadınızı yüksək qiymətləndiririk və ehtiyaclarınızı ödəmək üçün hər an səy göstəririk.
Xidmət müqaviləsinə aşağıdakılar daxil ola bilər:
Nəqliyyat vasitələrinin və ya avadanlıqların müntəzəm olaraq yoxlanılması;
Xarab olan ehtiyat hissələrinin təmiri;
Nasaz hissələrin yenisi ilə əvəz edilməsi;
Mexaniki diaqnostikanın aparılması;
Periodik olaraq lazımi hissələrin təmizlənməsi;
Yeni proqram təminatının quraşdırılması;
Müştərinin işçi heyəti ilə məsləhətləşmələr (lazım olduqda, yerində səfərlərlə);
Vaxtaşırı texniki qulluq;
Tapılmayan hissələrin sifarişlə gətirilməsi;
Açarların hazırlanması;
"EİS" - Euro İnjection Service ilə işləməyin üstünlükləri:
Müqavilə bağlayaraq mütəmadi xidmət almağın məbləği ayrı-ayrılıqda iş gördürməkdən daha sərfəlidir;
Daimi müştərilər və abunə xidməti müqaviləsi bağlamış təşkilatlar üçün endirimlər və güzəştlər;
İndividual yanaşma;
Əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalması;
İstənilən vaxt mobil telefon, e-poçt və ya whatsApp vasitəsilə ixtisaslı texniki dəstək almaq imkanı;
Hər zaman əldə edilə bilən komponentlərin və ehtiyat hissələrinin geniş seçimi;
"EİS" müxtəlif növ peşəkar sınaq və təmir avadanlıqlarına, həmçinin diaqnostika üçün müasir proqram təminatına malikdir;
Niyə korporativ müştərilər Bizi seçirlər?
Operativlik, sürət və keyfiyyət - Hətta digər servis mərkəzlərində qəbul olunmayan mürəkkəb təmir işlərini də öz üzərimizə götürürük. Təmir müddəti mürəkkəblikdən asılı olaraq 1 gündən 30 günə qədər dəyişir.
Rahat ödəniş şərti - Rəsmi qaydada köçürmə yolu ilə işləyirik.
Ehiyat hissələrinin topdan satış qiymətləri - Bütün ehtiyat hissələrini topdansatış qiymətinə təqdim edə bilirik. Biz bunu öz böyük ehtiyat hissələri anbarımıza malik olmaqla təmin edirik.
Qabaqlayıcı tədbirlər - Sizin şirkətdə gözlənilməz problemlərin və yaranacaq fasilələrin qarşısını almaq üçün bir sıra qabaqlayıcı təklif və xidmətlər təqdim edirik.
Kuryer xidməti - Şirkət istənilən problemə operativ reaksiya verir. Ehtiyac yarandığı təqdirdə ehtiyat hissələrinin çatdırılması və ya götürlüməsini əlavə xidmət kimi təqdim edə bilirik.
Zəmanət verilməsi - Görülən işlərdən asılı olaraq 6 aya qədər zəmanət veririk. (*Zəmanət Şərtləri)
Endirimlər - Biz müştərilərimizi həvəsləndirir və böyük həcmdə sifarişlər üçün əhəmiyyətli endirimlər təqdim edirik.
Bütün işlər peşəkar avadanlıqla yerinə yetirilir. Ödəniş ƏDV daxil olmaqla faktura ilə həyata keçirilir.
Servisdə kommersiya məqsədli minik və yük avtomobillərini, genarator və kompressorları qəbul edirik.
Beləliklə, müqavilə bağlamaq qərarına gəlmisiniz?
Əla! O zaman buyurun, Sizi ofisimizdə çay süfrəsi arxasında gözləyirik.
© EiS - Euro Injection Service 2025 Bütün Hüquqlar Qorunur. www.eis.az